"Azərbaycanda ƏDV-nini dərəcəsinə yenidən baxmaq lazımdır."
FED.az xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfransında Milli Məclisin iqtisadi siyasət koitəsinin sədr müavini Vahid Əhmədov deyib.
«Biz araşdırmışıq, Avropanın ayrı-ayrı ölkələrində ƏDV-nin orta dərəcəsi 15-25% arasındadır. Amma bəzi məhsulları üçün onlar çox aşağı səviyyədədir.
Vahid Əhmədov bildirib ki, sadələşdirilmiş vergi ilə bağlı dəyişikliklər edilməli, bu verginin tətbiqi lə bağlı hədd artırılmalıdır:
«Hazırda bu hədd 200 min manat təşkil edir. Amma bu məbləğ müəyyən edildikdən sonra Azərbaycanda iki dəfə devalvasiya baş verib. Ona görə də bu 200 min manat reallığı əks etdirmir. Bu məbləğ 300-400 min manata artırılmalıdır».
ASK-nin sədri Məmməd Musayev də bu sahədə bəzi təkliflərini açıqlayıb. Bunlar aşağıdakılardır:
- Yeni ödəyicilər üçün ilk dəfə ödənilməyən vergiyə görə, cərimə deyil, ilk dəfə olanda xəbərdarlıq edilsin.
- Şirkətlərin kapitala yönəltdiyi vəsaitlər vergidən azad edilsin.
- Sadələşdirilmiş vergi ilə bağlı hədd indiki 200 min manatdan daha yüksək olsun.
M.Musayev bildirib ki, ASK-nin vergilərlə bağlı təkliflər çoxdur və buna vergilər naziri Mikayıl Cabbarovla görüşdə ətraflı açıqlayacaqlar.
Millət vəkili: "Sadələşdirilmiş vergi həddi artırılmalıdır"
11:24
13 Fev 2018