Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ölkədə mikromaliyyənin inkişafı üçün yeni qanunun qəbuluna ehtiyac olduğu qənaətindədir.
FED.az xəbər verir ki, bu təkliflə Bakıda keçirilən 9-cu Azərbaycan Mikromaliyyə Konfransında qurumun İdarə Heyətinin sədri Süleyman Kələşov çıxış edib.
“Hazırda Azərbaycanda 850 mindən çox ailə-kənd təsərrüfatı var. Bu da onu göstərir ki, mikromaliyəyə ehtiyac var. Odur ki, bu sahənin inkişafı üçün yeni qanunun qəbuluna ehtiyac var. Həmin sənədiyeni iş yerlərinin açılması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün vacibdir. Azərbaycan əhalinin 38%-i rayonlarda yaşayır. Mikromaliyyə sektorunun inkişafına dəstək vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir edəcək”, - deyə o, qeyd edib.
AMFA rəsmisi həmçinin mikromaliyyənin inkişafı üçün mövcud qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb.