Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 13-cü İllik Təltif Şam Ziyafəti keçirib.
FED.az xəbər verir ki, tədbirdə üzv və partnyor təşkilatlarının, o cümlədən Azərbaycan mikromaliyyə sektorunun aparıcı mütəxəssislərinin 55 nəfərdən ibarət olan iştirakçılar (qonaqlar) arasında yerli maliyyə qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişdirlər. Tədbir həmçinin AMFA-nın təsis edilməsinin 20-ci il dönümünə təsadüf edilmişdi.
Eləcə də bax: Sahibkarların 80%-nin vəziyyəti pisləşib - GƏLİRLƏRİ AZALIR - ARAŞDIRMA
Tədbir AMFA-nın idarə heyətinin sədri Cəlal Əliyevin açılış nitqi ilə başladı. Cəlal Əliyev öz çıxışında Azərbaycanda 2001-ci ilin oktyabr ayında Assosiasiyanın yaradılmasına təkan verən ilk mikromaliyyə konfransından bu günə kimi olan zaman kəsiyində mühüm inkişaf mərhələləri barədə və yaxın gələcəklə bağlı çağırışlar haqqında məlumatı iştirakçıların nəzərinə çatdırdı.
AMFA-nın icraçı direktoru Jalə Hacıyeva assosiasiyanın institusional inkişafında böyük əməyi olan və könüllü əsasda misilsiz xidməti olan mikromaliyyə peşəkarları arasında Nazim Əliyevə, Samir Cəfərliyə, Ramil Məhərrəmova, həmçin təsisçi üzvlərin davamlı və dəyərli töhfəsi üçün və eləcədə keçmiş işçi heyətinin üzvlərinə dərin təşəkkürünü bildirmişdi.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Sahibkarlar (Işəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının Vitse-Prezidenti cənab Vüqar Zeynalov, Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi cənab Xəyyam İsmayılov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri cənab Osman Xalıyev, Asiya Inkişaf Bankının ölkə direktoru, xanım Kandis Makdigan, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri cənab Emil Məmmədov, ASAN Finans Layihəsinin Rəhbəri cənab Aqşin İbrahimov tədbirdə qonaq natiq qismində çıxış etmişdilər.
Tədbirin həyata keçirilməsində təsisçi üzvlərdən FINCA Azerbaijan və partnyor təşkilatlardan UHY MMC audit şirkəti maliyyə dəstəyini göstərmişdilər.
Cari ildə mükafatlandırma komitəsinin tərkibində Asiya İnkişaf Bankının (AİB) Baş İqtisadcısı Nail Vəliyev, Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) aparıcı bankiri Ziya Alili, Beynəlxalq Maliyyə Korporasiyasının Maliyyə Sektoru Mütəxəssisi Teymur Heybətov, Müştəri Mühafizəsi üzrə Beynəlxalq Ekspert Sevda Hüseynova və Azərbaycan Mikromaliyyə Assosiasiyasının Regional Lahiyələr üzrə rəhbəri Sevinc Rüstəmova təmsil olunmuşdular. AMFA-ya üzv təşkilatlar tərəfindən daxil olan ərizələr anonim qaydada qiymətləndirilmişdir. Namizədlər arasından seçilmiş 3 qalib təşkilatlar aşağıdakı nominasiyalar üzrə təltif olundular:
· FİNCA Azerbaijan: İlin filialsız təcrübəyə malik qabaqcıl təşkilatı;
· PAŞA Bank: İlin rəqəmsal alətinin ən yaxşı tətbiq edən qabaqcıl təşkilatı;
· Viator Mikrokredit Azərbaycan: İlin müştəri mühafizəsi təcrübəsinə malik qabaqcıl təşkilatı.