"Zolotaya Korona" ödəniş sistemi Azərbaycanda adi rejimdə işini davam etdirir, bütün ödənişlər həyata keçirilir, köçürmələr bütün mümkün valyutalarla, dollar, avro, rubl və manatla baş tutur.
Eləcə də bax: "Visa" və "Mastercard" kartları Rusiya daxilində işləyəcək - Rusiya Mərkəzi Bankı
FED.az xəbər verir ki, bunu "Zolotaya Korona" pul köçürmələri xidmətinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, "Zolotaya Korona" ani pul köçürmələri xidməti 64 yaşayış məntəqəsində təqdim olunur, ümumi infrastruktur isə 1 548 ofisi əhatə edir.
"Azərbaycnadakı tərəfdaşlarımız pul köçürmələrinin etibarlılığı, sürəti, təhlükəsizliyi və fasiləsizliyini təmin edir", - deyə mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Azərbaycanda "Zolotaya Korona" xidməti vasitəsilə "Azərpoçt", "Kapital Bank", "Rabitəbank", "Unibank", "TuranBank", "Xalq Bank", "Bank Respublika", "Yelo Bank", "Bank BTB", "Muğan Bank", "Expressbank", "Günay Bank", "Azər-Türk-Bank", "AFB Bank", "Premium Bank" şöbələrində köçürmələr etmək mümkündür. (Trend)