Azərbaycan Mərkəzi Bankı bu gün uçot dərəcəsini yenidən elan etdi.
FED.az xəbər verir ki, uçot dərəcəsini 1% endirən Mərkəzi Bank bu rüb yenə də dəyişikliyə getdi.
Qeyd edək ki, bundan əvvəl Mərkəzi Bank artıq 2 dəfə uçot dərəcəsini endirmişdi. Ölkənin baş bankiri Elman Rüstəmovun sözlərinə görə, bunun üçün tədiyyə balansındakı müsbət göstərici və ölkənin strateji valyuta ehtiyatları artır, dünya enerji bazarında qiymətlərin yüksəlməsi və tədiyyə balansının mövcud vəziyyəti kimi makroiqtisadi amillər buna əsas verir.