ABŞ milli valyutası əvvəlki mövqelərini itirir. Makroiqtisadi tarazlığın pozulması və geosiyasi gərginliyin kəskinləşməsi səbəbindən dünyanın mərkəzi bankları (MB) dollardan kütləvi şəkildə imtina etməyə başlayacaq.
FED.az xəbər verir ki, bu barədə İsveçrənin Credit Suisse bankının “Pul sisteminin gələcəyi” hesabatında bildirilir.
Analitiklərin fikrincə, imtinaya ABŞ-ın xarici siyasəti və ölkənin dövlət borcunun artması səbəb olub.
Araşdırmada göstərilir ki, dövlətdaxili dövlət borcunun həcmi 6,9 trilyon dollar, xarici borcun həcmi isə 24,5 trilyon dollar təşkil edib.
Bundan əlavə, ekspertlər inflyasiyanın sürətlənməsi səbəbindən bir çox ölkələrdə ABŞ iqtisadiyyatına inamın itməsinə diqqət çəkirlər.
Onlar ölkələrin dövlət ehtiyatlarında dolların payının azaldığını aşkar ediblər - 2022-ci ildə bu, 58,8 faiz təşkil edib.
Qeyd olunur ki, ABŞ hakimiyyətinin ABŞ dollarından iqtisadi və siyasi qarşıdurmada silah kimi istifadə etməsi bir çox vətəndaşları qane etmir.
Məlumata görə, artıq bir çox ölkələr ticarət əməliyyatlarının hesablaşmasında milli valyutalardan istifadə edirlər.