Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov bu gün Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə Taleh Kazımov özünün “Twitter” hesabında yazıb.
“Görüşdə Mərkəzi Bank ilə EBRD arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq”, - T. Kazımov bildirib. (Report)