Azərbaycan Mərkəzi Bankının (AMB) Hüquq departamentinin direktoru Rəna Məlikova vəzifəsindən azad olunaraq qurumun baş direktoru təyin olunub.
“PAŞA Sığorta”da - YENİ TƏYİNAT
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, onun əvvəlki vəzifəsinə hələ ki, təyinat olmayıb.
Bundan başqa, indiyə qədər AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Mahmudzadə də baş direktor təyin edilib. Bununla da, qurumun baş direktorlarının sayı 9-a çatıb.