Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları aprelin 1-nə 6 milyard 393,8 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu göstərici martın 1-i ilə müqayisədə 7,1 milyon dollar az, ilin əvvəlinə nisbətən 53 milyon ABŞ dolları çoxdur.
Son bir ildə isə AMB-nin ehtiyatlarında 615,2 mln. dollar və ya 10,7% artım qeydə alınıb.