31.01.2025 tarixinə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 10 milyard 988,5 milyon ABŞ Dolları təşkil edib.
Mərkəzi Bankın valyuta ehtiyatları ötən il 6 %-ə yaxın azalıb
Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir.
29.12.2024-cü il tarixinə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 10 milyard 959,5 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, 2025-ci ilin Yanvar ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 29 milyon ABŞ dolları artıb.
Qeyd edək ki, ötən ilin sentyabr ayından ilin sonunadək Mərkəzi Bankın valyuta ehtiyatları düşüb. 2024-cü ilin son 3 ayında ehtiyatlar 836,3 milyon dollar azalımıdı.
Rəsmi valyuta ehtiyatları (mln. USD)
31.01.2025 10988.5
29.12.2024 10959.5
29.11.2024 10967.8
31.10.2024 11371.7
30.09.2024 11795.8
30.08.2024 11783.5
31.07.2024 11765.7
28.06.2024 11737.6
31.05.2024 11713.7
30.04.2024 11660.8
29.03.2024 11654.4
29.02.2024 11650.3
31.01.2024 11637.0