2023-cü ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 997,1 milyon dollar artaraq 30 dekabr 2023-cü il tarixində 11 milyard 613 milyon dollara çatıb.
11 ayda Azərbaycanın strateji valyuta ehtiyatları - 16,6% ARTIB
Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir.
30.11.2023-cü il tarixində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 milyard 615.9 milyon dollar təşkil etmişdi.
Rəsmi valyuta ehtiyatları, milyon ABŞ dolları ilə
30.12.2023 11613.0
30.11.2023 10615.9
31.10.2023 10508.1
29.09.2023 9775.3
31.08.2023 9364.4
31.07.2023 9244.0
25.06.2023 9195.9
31.05.2023 9175.7
28.04.2023 9189.2
31.03.2023 9133.0
28.02.2023 9043.8
31.01.2023 9061.4
30.12.2022 8995.7