Bu il Azərbaycanda Mərkəzi Bankının təşkil etdiyi valyuta hərraclarının əksəriyyətində hərraca çıxarılan dollarin bir hissəsi satılmayıb.
Eləcə də bax: Mərkəzi Bank uçot dərəcəsini - SABİT SAXLAYIB
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, AMB-də təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir. «Ümumilikdə cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələmişdir».
AMB bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun dollar satışları üzrə əhəmiyyətli qənaət yaranıb. «Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir etmişdir».
Nəticədə Azərbaycan Mərkəzi Bankının valyuta bazarına müdaxiləsi alışyönlü (yəni dollar almaq istiqamətində) olmaqla yanvar-avqust aylarında 606.7 mln. dollar, o cümlədən aprel-avqust aylarında 473.8 mln. dollar olmuşdur.