"Hazırda Azərbaycanın valyuta bazarında sabitlik müşahidə olunur və bu, məzənnə sabitliyini də dəstəkləyir".
Eləcə də bax: Mərkəzi Bankın sədri: İllik inflyasiya oktyabrda - 15,6% OLUB
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O, həmçinin xatırladıb ki, AMB bu ilin sentyabr ayından yeni pul siyasəti alətlərinin tətbiqinə başlayıb, pul bazarının infrastrukturunu təkmilləşdirib: "Məqsədimiz uçot dərəcəsinin depozit faizləri vasitəsi ilə inflyasiyaya təsirini gücləndirməkdir. Bu sahədə artıq müsbət meyillər görürük. Bazarda aktivliyin artması və burada depozit faizlərinin AMB-nin faizlərinə reaksiyası özünü göstərir. Sentyabr-oktyabr aylarında banklararası bazarda 2,4 milyard manatlıq 208 əqd bağlanılıb ki, bu da tarixi maksimumdur".
"10 ayda bank sektoruna və manata inam əhəmiyyətli şəkildə artıb", - deyə baş bankir əlavə edib. (Report)