"Valyuta bazarında defisit yox, profisit (artıqlıq - red) var. Biz maraqlıyıq ki, hərraca çıxarılan valyuta satılsın".
Eləcə də bax: AMB: Əgər pulun mənbəyi təqdim edilsə daha çox xarici valyuta - Almaq Olar
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov qeyd edib ki, Dövlət Neft Fondu plan üzrə satılması nəzrədə tutulan məbləğdən 140 milyon dollar az valyuta satıb: "Yəni Dövlət Neft Fondu 140 milyon dollar qənaət edib, qrafikdən geri qalıb. 2021-ci ilin ötən dövründə Mərkəzi Bank bazardan valyuta almayıb. Yanvar ayında bazarda valyutaya tələb artsa da, Aprel ayının nəticələrinə görə tarazlıq bərpa olub, hətta qeyd etdiyim ki, Dövlət Neft Fondu satışdan 140 milyon manat geri qalıb. Hazırda valyuta bazarında təzyiq müşahidə olunmur, sabitlik mövcuddur". (Marja)