“Hökumətin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) bu il özəlləşdirilməsi ilə bağlı hər hansı planı yoxdur”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında deyib.
Eləcə də bax: Elman Rüstəmov: Yeni binanı AMB-nin öz pulu ilə tikirik
"ABB inkişaf edir. Bank yeni inkişaf modelinə keçir və ötən ili çox uğurla yekunlaşdırıb. Hökumətin gələcək planları ilə bağlı məndə məlumat yoxdur”, - deyə o, qeyd edib.(Report)