Hər hansı xarici bank ölkəyə gəldiyi təqdirdə strategiya vacibdir. O bazara hansı məqsədlər üçün gəlir?
Valyuta dəyişmə məntəqəsi - "Exchange" açmaq bir az da - ÇƏTİNLƏŞƏCƏK - YENİ QANUN
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.
“Əlavə istehlak kreditlərinin verilməsi o qədər də maraqlı deyil. Çünki 24 bankımız bu sahədə çalışır. Kiçik, orta sahibkarlığa dəstək, koorporativ, investisiya bankı olması çox maraqlıdır. Bu, birinci şərtdir. İkinci məsələsə, bizə hansı innovativ həllər gətirirlər? Ölkəmizin maliyyə, makroiqtisadi sabitliyinə xələl gətirmədən, siyasi problemlər yaratmadan, xarici bankların, sığorta və investisiya şirkətlərinin Azərbaycanda fəaliyyətini müzakirə etməyə şad olarıq”, - deyə Taleh Kazımov əlavə edib. (Apa)