Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” və “R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında” məsələlər müzakirəyə çıxarılıb.
Mərkəzi Bankın idarə heyətinə dəyişiklik ediləcək - İNDİKİ RƏHBƏRLİK, TAM SİYAHI
FED.az xəbər verir ki, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunması təklif edilir.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.