Azərbaycan Mərkəzi Bankının idarə heyətinə dəyişiklik ediləcək.
FED.az xəbər verir ki, bu barədə məsələ sabah, noyabrın 1-də Milli Məclisdə müzakirə olunacaq.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü il 1 noyabr tarixli iclasının gündəliyinə «Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında» məsələ daxil edilib.
Xatırladaq ki, hazırda Azərbaycan Mərkəzi Bankının idarə heyətinin 3 üəvü var. İdarə heyətinin sədri Taleh Kazımovla yanaşı, buraya sədr müavinləri – Rəşad Orucov və Əliyar Məmmədyarov daxildir. Hər iki sədr müavini bu vəzifəyə 2022-ci ilin iyunundan təyin edilib.
Bundan başqa, Mərkəzi bankın rəhbərliyinə 9 baş direktor və 3 sədr müşaviri daxildir.
Mərkəzi Bankın baş direktorları
- Ziya Zəfər oğlu Əliyev
- Vüqar Ramin oğlu Əhmədov
- Əli İsmayıl oğlu Əhmədov
- Toğrul Nəcəfəli oğlu Əliyev
- Gülər Azər qızı Paşayeva
- Rəna Ənvər Paşa qızı Məlikova
- Rəşad Məsim oğlu Məmmədov
- Şahin Aydın oğlu Mahmudzadə
- Vüsal Cahangir oğlu Xəlilov
Mərkəzi Bankın sədrinin müşavirləri
- Abdulla Kərim oğlu Məlik-Aslanov
- Vüqar Fərman oğlu Əliyev
- Akif Mustafa oğlu Bağırov