Fevralın 10-na Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 1 milyard 20 milyon manat təşkil edib.
FED.az AMB-yə istinadla xəbər verir ki, 28 günlük notlar üzrə son faiz dərəcəsi 5,76 faiz, 84 günlük notlar üzrə 5,68 faiz, 168 günlük notlar üzrə 5,75 faiz, 252 günlük notlar üzrə 6,21 faiz olub.