Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşları Şahin Mahmudzadə və İlahə Baxışova Tahirli III “Yüksəliş” müsabiqəsinin qalibi olub.
«Yüksəliş» müsabiqəsinin qalibləri məlum oldu – KARYERA İMKANI VƏ 20 MİN MANAT MÜKAFAT - TAM SİYAHI
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviter hesabında bildirib.
“Yüksək intellektual zəka və dərin sosial məsuliyyətə, düzgün qərar qəbuletmə bacarığına sahib istedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə ölkəmizdə bilik və bacarıq yarışı olan daha bir “Yüksəliş” müsabiqəsi yekunlaşdı. “Yüksəliş” müsabiqəsinin bütün qaliblərini, o cümlədən əməkdaşlarımızı bu münasibətlə təbrik edir, bundan sonra da uğurlar arzulayırıq”, - deyə o qeyd edib.
Yüksək intellektual zəka və dərin sosial məsuliyyətə, düzgün qərar qəbuletmə bacarığına sahib istedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə ölkəmizdə bilik və bacarıq yarışı olan daha bir “Yüksəliş” (
) müsabiqəsi yekunlaşdı. Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşları Şahin Mahmudzadə və İlahə Baxışova Tahirli də müsabiqənin qalibləri sırasındadırlar. “Yüksəliş” müsabiqəsinin bütün qaliblərini, o cümlədən əməkdaşlarımızı bu münasibətlə təbrik edir, bundan sonra da uğurlar arzulayırıq.
Translate Tweet