Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb.
Taleh Kazımov: "AZİR indeksi 1 ildən çoxdur ki, uçot dərəcəsinə yaxın idarə edilir"
FED.az xəbər verir ki, bu barədə AMB-nin pul siyasəti qərarı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.