Profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 milyard ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir.
Qeyd edilib ki, bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 247,9 milyon ABŞ dolları təşkil etməklə alışyönlü olmuşdur.
Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1,5 milyard ABŞ dolları artaraq 10.5 milyard ABŞ dollarına çatmışdır.
"İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk isə məcmu tələbin izafi genişlənməsidir. Cari ilin qalan dövründə valyuta təklifi tələbi üstələdiyi halda Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsi daha da arta bilər. Bu isə pul təklifinin iki rəqəmli (20%-dan artıq) artımına səbəb ola bilər. Pul bazasının artımı isə növbəti illər üzrə inflyasiyaya artırıcı təsir edə bilər. Mərkəzi Bankın müdaxiləsi və pul siyasətinin yumşaldılması qərarı mövcud sabit məzənnə rejimi çərçivəsində manatın möhkəmlənməsinin qarşısını almağa xidmət edəcək",- Mərkəzi Bank bəyan edib.