Xəbər verdiyimiz kimi, Namiq Nağdəliyev Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə direktor təyin edilib.
Eləcə də bax: ASK-nın Misir, Səudiyyə Ərəbistanı və Sudan üzrə nümayəndəsi - TƏYİN OLUNUB - DOSYE
FED.az xəbər verir ki, o, bu vəzifədə ötən il Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri təyin olunmuş Adışirin Qasımovu əvəz edib.
Namiq Sahib oğlu Nağdəliyev 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə “Keçid iqtisadiyyatı ölkələrində İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və Azərbaycan Respublikasında tətbiq edilməsi perspektivləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə ABŞ-ın Kolumbiya Universitetində doktorantura tədqiqatı aparmış, 2013-2014-cü illərdə ABŞ-ın Johns Hopkins Universitetində postdoktorantura pilləsi üzrə akademik təhsil almış, “Keçid iqtisadiyyatı ölkələrində institusional və iqtisadi islahatların idarəedilməsi” üzrə tədqiqat işi aparmışdır. 2020-ci ilin may-dekabr aylarında Harvard Universitetində “Dövlət Siyasətinin həyata keçirilməsi” istiqaməti üzrə xüsusi təhsil almışdır.
N.Nağdəliyev əmək fəaliyyətinə 2001-ci ildən başlamış, kommersiya banklarında, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar ETİ-da çalışmışdır. 2008-ci ildə Mərkəzi Bankın Pul siyasəti departamentinə işə qəbul olunmuş və orada Pul və Məzənnə Siyasəti şöbəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. 2018-2021-ci illər ərzində Vaşinqton şəhərində Dünya Bankının İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərmişdir.
Evlidir, 1 övladı var.
(Marja)