Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunun cari il üçün strateji prioritetləri müzakirə edilib.
Avtomobillərin könüllü sığortasına maraq artıb - ÖDƏNİŞLƏR 23 MİLYON MANATI KEÇDİ
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
“Ötən ilin sənaye yekunlarını və cari ilin strateji prioritetlərini müzakirə etmək üçün Mərkəzi Bankda sığorta sektorunun rəhbərləri ilə görüşdük. Bundan əlavə, qısa və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyasının tərkib hissəsi kimi həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi apardıq” – deyə o, qeyd edib.