Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüş keçirilib.
Mərkəzi Bank Azərbaycanın Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsini - TƏSDİQ EDİB
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirilib.
Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib.