Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının infrastrukturunun gücləndirilməsi müzakirə edilib.
AMB rəsmisi: "EBRD-nin istiqraz buraxılışı yerli kapital bazarına beynəlxalq etimadın göstəricisidir" - MÜSAHİBƏ
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Azərbaycan Kapital Bazarları Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə 2025-ci ilin üçüncü rübü üzrə kapital bazarlarında müşahidə olunan meyllər, sektorun inkişafına təsir edən əsas amillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Bundan əlavə, qarşıdakı dövr üçün kapital bazarlarının inkişafına dair strateji hədəflər, investisiya şirkətlərinin maliyyə dayanıqlılığın artırılması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
















