Azərbaycan Mərkəzi Bankının (AMB) "İnzibati departament"inin adı "İnzibati və satınalmalar departamenti"nə dəyişdirilib.
Eləcə də bax: “Bank of Baku”nun İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az bu barədə quruma istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, həmin departamentə rəhbərlik edən Murad İsgəndərli vəzifəsindən azad edilib, onun yerinə Fərhad Vəliyev təyin olunub.
Yeni direktor bundan əvvəl AMB-nin sədrinin müşaviri işləyib. O, tənzimləyici quruma "PAŞA Bank" ASC-dən gətirilib (Report).