Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən investisiya şirkətlərinin nümayəndələri üçün təlim keçirilib.
AMB-dan FED.az-a bildirilib ki, təlimdə “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”dan ətraflı bəhs olunub.
Sözügedən qaydaların praktiki məqamları ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib və bu istiqamət üzrə suallar cavablandırılıb.