23 İyul 2025-ci il tarixində Mərkəzi Bankın sədri Taleh Kazımovun və digər rəhbər şəxslərinin ekspertlər ilə növbəti görüşü baş tutub.
Mərkəzi Bankdan sahibkarlar üçün yenilik – YENİ MALİYYƏ ALƏTİ TƏQDİM EDİLDİ
FED.az xəbər verir ki, bu barədə Taleh Kazımov sosial medai səhifələrində paylaşım edib.
O qeyd edib ki, 3 saatdan artıq davam edən görüşdə pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb.
Həmçinin görüş zamanı Mərkəzi Bank tərəfindən hazırlanmış yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.
"İnanıram ki, ekspertlərlə mütəmadi fikir mübadiləsi və konstruktiv dialoq, ictimai rəyin düzgün formalaşmasına, eləcə də Mərkəzi Bankın qərarlarının bütün maraqlı tərəflərə dolğun və şəffaf şəkildə çatdırılmasına mühüm töhfə verir. Görüşdə iştirak edən və dəyərli fikirlərini bölüşən bütün ekspertlərə səmimi təşəkkürümü bildirirəm",- Taleh Kazımov qeyd edib.