Mərkəzi Bankda Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Görüşdə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2025-2028) əsas istiqamətləri müzakirə edilib.
Həmçinin Azərbaycan Mərkəzi Bankı ilə Dünya Bankının birgə həyata keçirdiyi texniki yardımların cari statusu da nəzərdən keçirilib.