"Dünən Mərkəzi Bankda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) və ona üzv təşkilatların rəhbərləri ilə görüşdük".
Kənd yerlərində sahibkarların maliyyəyə çıxış imkanları barədə - MÜZAKİRƏ APARILIB
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov "Twitter" hesabında bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, görüş zamanı Azərbaycanda maliyyə sektorunun inkişafı, o cümlədən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb.