Azərbaycan Mərkəzi Bankına (AMB) yeni səlahiyyət verilir.
Eləcə də bax: İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən "Tibbi sığorta haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. (Apa)