Azərbaycan Mərkəzi Bankının sığorta sektoruna nəzarət qanadında kadr dəyişiklikləri olub.
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının - SƏDRİ DƏYİŞDİ
FED.az xəbər verir ki, indiyədək bu sektora rəhbərlik edən Mərkəzi Bankın baş direktoru Vəzifəsindən azad edilib. O AMB sədrinin müşavirə təyin edilib.
Ziya Əliyevin yerinə isə indiyədək AMB-də sığorta fəaliyyətinə nəzarət departamentinə rəhbərlik edən Vüsal Qurbanov təyin edilib.
Hazırda V.Qurbanov hər iki vəzifəni icra edir.
Vüsal Cavanşir oğlu Qurbanov
1980-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirmişdir.
1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmışdır.
2019-cu ildən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətində böyük mütəxəssis, Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.
2019-cu ildən İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvüdür.
2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilmişdir. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.