Azərbaycan Mərkəzi Bankı vətəndaş müraciətlərinin qəbulu prosesini təkmilləşdirib.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı Özbəkistan İqtisadi Forumunda - İŞTİRAK EDİR
FED.az xəbər verir ki, Mərkəzi Bankla əlaqə saxlanılmasında yarana biləcək çətinliklərlə bağlı risklərin qarşısının alınması və vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə “Əks əlaqə” xidməti istifadəyə verilib.
Vətəndaşlar Mərkəzi Bankın qaynar xətt nömrələri ilə hər hansı səbəbə görə əlaqənin yaradılmasında çətinliklə üzləşdikdə 055 966 19 66 nömrəli whatsapp xidmətinə keçid etməklə geri əlaqə yaradılması üçün müraciət edə bilərlər.
«Müraciət edildikdən qısa müddət ərzində müraciət müəllifi ilə əlaqə yaradılacaq»-deyəAMB-dən bildirilib. Bu xidmət iş günləri hesab edilən bazar ertəsi-cümə günləri saat 09:00-dan 17:00-dək istifadə edilir.