Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib.
Mərkəzi Bankda - YENİ TƏYİNAT
FED.az quruma istinadən xəbər verir ki, bu, Vüsal Xəlilovdur.
Bununla da, AMB-nin baş direktorlarının sayı 10-a çatıb.
V.Xəlilov 1987-cı ildə Şəkidə anadan olub, 2008-ci ildə Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib, 2015-ci ildə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramına daxil olub. 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2020-ci ildə Kopenhagen Biznes Məktəbinin “Maliyyə Sektorunda Rəqəmsal Transformasiya”, 2021-ci ildə isə Harvard Business School-un “Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqdisadiyyat” istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə edib, həmçinin 2014-cü ildə "Oracle" şirkətinin təşkilatın arxitekturası üzrə “OCM” sertifikatına da yiyələnib, 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində “Tətbiqi Psixologiya” ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.
O, əmək fəaliyyətinə 2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis kimi başlayıb, 2010-2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışıb, 2011-2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri olub, 2018-2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri işləyib, 2021-ci ilin yanvar ayından indiyə qədər Bankın Texnologiya blokunun baş direktoru vəzifəsini icra edib.
2024-cü ilin may ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Evlidir, üç övladı var. (Report)