Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib.
Mərkəzi Bankdan sığorta bazarı ilə bağlı - YENİ AÇIQLAMA
FED.az xəbər verir ki, həmin qaydanın 1.1-ci bəndində “Xarici investisiyanın qorunması haqqında” sözləri “İnvestisiya fəaliyyəti haqqında” sözləri ilə əvəz edilib.
Sənədi sədr Taleh Kazımov imzalayıb.
Qaydanın 1.1-ci bəndində deyilir: Bu Qaydalar “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (bundan sonra – banklar) istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir. Bu Qaydalar həmçinin maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) istisna olmaqla digər rezidentlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir.
45_1_“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə