Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
AMB-dən Fed.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il dekabr ayının 29-na 5 mlrd. 334,6 mln. dollar təşkil edib. Bu da 2016-cı il ilə müqayisədə 1 mlrd. 360,2 mln. dollar və ya 34,22% çoxdur.
Ötən ilin dekabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 80,4 mln. dollar və ya 1,53% artıb.