Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində noyabr ayında bir neçə bank olmayan kredit təşkilatında (BOKT) qanunvericilik pozuntuları aşkar edilib.
AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank məlumat yayıb.
Mərkəzi Bankın məlumatına görə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən müvafiq inzibati tədbirlər görülüb.
Belə ki, “Finex Kredit” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 8 000 manat məbləğində cərimə edilib. Eyni səbəblərlə BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsinə 4 500 manat, “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsinə isə 1 500 manat məbləğində inzibati cərimə tətbiq olunub.










