Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın yaradılmasına dair memorandumun imzalanma mərasimi keçirilib.
Türk İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb
AMB-dan FED.az-a bildirilib ki, məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan şuranın əsas vəzifəsi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq doğuran sahələrdə birgə məsləhətləşmələr və tədqiqatlar həyata keçirməkdir.
Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Özbəkistan mərkəzi banklarının sədrləri tərəfindən imzalanan memorandum banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcək.