Azərbaycan Mərkəzi Bankı tərəfindən 2024-cü ildə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilən tədbirləri əhatə edən illik Dayanıqlı maliyyə hesabatı açıqlanıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, dayanıqlı maliyyə sahəsində beynəlxalq qabaqcıl təcrübələrə əsaslanan hesabat maliyyə sektorunda şəffaflığın artırılması və iqlim dəyişiklikləri ilə bağlı risklərin idarə olunmasına yönəlmiş tədbirlərin geniş ictimaiyyətə açıqlanması məqsədilə hazırlanıb.
Hesabat üç əsas bölmədən ibarət olmaqla ölkənin dayanıqlı sosial-iqtisadi inkişaf gündəliyini, qlobal iqlim risklərini, Mərkəzi Bankın bu sahədə həyata keçirdiyi təşəbbüsləri və 2025-ci il üçün planlaşdırılan addımları əhatə edir.
2024-cü il üzrə Dayanıqlı maliyyə hesabatı ilə bu linkdən tanış olmaq olar: https://uploads.cbar.az/assets/04a109bbc44f7de454ff57d42.pdf