Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs sığorta brokeri “Status Sığorta Brokeri” MMC-yə “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi - SİYAHI
FED.az bunu AMB-nin rəsmi açıqlamasına istinadən xəbər verir. Hər iki göstəriş iyul ayında verilib.
Həmçinin, baş vermiş sığorta hadisəsinin qiymətləndirilməsi üçün seçilmiş müstəqil ekspert Allahverdiyev Elçin Tapdıq oğluna da həmin maddəyə uyğun olaraq icrası məcburi yazılı göstəriş təqdim olunub.












