Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 1 may 2024-cü il tarixində saat 10:00-da yayımlanacaqdır.
Bu barədə FED.az-a AMB-dən bildirilib.
Həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcəkdir.
Qeyd edək ki, 28 Mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.