Mərkəzi Bank rəqabətin artırılması istiqamətində də aktiv işlər aparacaqdır.
Eləcə də bax: Taleh Kazımov: Bank, sığorta və kapital bazarı üzrə yeni qanun layihəsi - HAZIRLANIR
FED.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
T. Kazımov, "Mənim bank sektoru üzrə böyük təcrübəm var bank sektorunu gözəl tanıyıram, çətinliklərini, çağırışları yaxşı bilirəm" deyərək çıxışına belə davam edib:
"Sözsüz ki, biz Mərkəzi Bank olaraq rəqabətin artırılması istiqamətində aktiv işlər aparacağıq. Banklar bazarda həm korporativ idarəetmə, həm risklərin idarəedilməsi baxımından fərqlənirlər. Biz tək bank sektorunda deyil, həmçinin sığorta və kapital bazarları sektorlarında da rəqbətliliyin artırılması üçün tələb olunan addımları atacağıq".