Mərkəzi Bank tərəfindən ictimai kommunikasiyasının genişləndirilməsi, həmçinin bu istiqamətdə şəffaflıq və əlçatanlığının daha da artırılması çərçivəsində Müsahibə Komissiyasında müraciətlərə baxılması üzrə statistika açıqlanıb.
"S&P" Azərbaycanın Mərkəzi Bankının yeni rəhbərliyinin fəaliyyətini müsbət qiymətləndirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, statistikada qeyd olunan məlumatlar 2025-ci il ərzində bank, sığorta və kapital bazarı sektorlarında Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyinatı üzrə keçirilən ümumi müsahibələrin sayını, eləcə də uyğun hesab edilən və uyğun hesab edilməyən müsahibə nəticələrinə dair statistikanı əks etdirir. Bu məlumatların illik əsasda açıqlanması nəzərdə tutulub.
Statistikaya görə, bank, sığorta və kapital bazarı sektorları üzrə cəmi müraciət sayı 114 olub, onlardan 96-sı uyğun hesab edilib, 18-i uyğun hesab edilməyib.













