Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə birlikdə 2024-2028-ci illər üçün fintex strategiyası hazırlayır.
Mərkəzi Bank: «Azərbaycanın kapital və bank bazarına fintex şirkətlərini cəlb etmək istəyirik»
FED.az xəbər verir ki, bunu AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
O bildirib ki, Mərkəzi Bank, həmçinin "McKinsey" təşkilatı ilə həyata keçirdiyi maliyyə sektorunun davamlı inkişafı layihəsinin tərkib hissəsindən biri də məhz fintexlərdir: "Bütün bu tədbirlər ölkədə fintexlərə olan tələbin və təklifin artırılmasına, inkişafı üçün zəruri olan yeni rəqəmsal qabiliyyətli kadrların hazırlanmasına da dəstək olacaq". (Report)