"Hazırda Azərbaycanın valyuta bazarında tələb-təkliflə bağlı hansısa narahatlıq müşahidə edilmir. Əhalinin valyuta satışı valyuta alışından çoxdur".
Eləcə də bax: Mərkəzi Bankın valyuta bazarından aldığı məbləğ - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev bildirib.
"Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə konteksində bankların daxili nəzarət sistemi üzərindən tətbiq etdiyi yanaşmaya uyğun olaraq vətəndaşlara valyuta satışında məhdudiyyətlər qoyula bilər. Bu yanaşma təkcə valyuta əməliyyatları ilə əlaqədar deyil , digər əməliyyatlarla bağlı da tətbiq olunur. Beynəlxalq standartlara, eyni zamanda ölkə qanunvericiliyinə uyğun olaraq digər maliyyə instutları və subyektlər kimi banklar da çirkli pulların yuylmasına qarşı mübarizə sahəsində daxili nəzarət sitemlərini təkmilləşdirməli və yenidən qurmalıdırlar", - deyə o, qeyd edib. (Report)