Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi “Modenis” MMC-yə verdiyi 18 sentyabr 2024-cü il tarixli lisenziyanın qüvvəsini məhdudlaşdırıb.
Elektron pul təşkilatları inzibati cərimə haqqında qərarın icrasına cəlb olunacaq
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qurum xatırladıb ki, lisenziya “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti üçün verilib.
Təşkilatın müraciətinə əsasən, onun lisenziyasında yalnız “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
Bununla yanaşı, "Modenis" şirkəti ödəniş təşkilatı olaraq fəaliyyətini davam etdirəcək.