Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Tədiyə balansının əsas komponenti olan ticarət balansında 2024-cü ilin I rübündə 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşmışdır.
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir.
Qeyd edilib ki, yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.