Bağlanan bankların əmanətçiləri bu gün iyuluün 6-da Mərkəzi Bankı qarşısında aksiya keçiriblər.
FED.az xəbər verir ki, 30-40-nəfərə yaxın bank əmanətçisinin qatıldığı aksiya iştirakçıları banklarda qalan əmanətlərinin tezliklə qaytarılmasmını tələb kediblər.
Eləcə də bax: “30 min manatdan yuxarı bütün əmanətlərə blok qoyulub” - BANK ƏMANƏTÇİLƏRİ
Aksiyada bağlanan bütün 4 bankın - «NBC Bank», «AG Bank», «Ata Bank» və «Amrahbanek»ın əmanətəçiləri iştirak edib.
Etirazçıları qarşılayan polis əməkdaşları sərt karantin rejiminin qüvvədə olduğunu xatırladaraq əmanətçilərə iyulun 20-dək (karantin bitənədək) gözləməyi tövsiyə edib, hətta karantin rejimi uzadılsa da, əmanətçilərin nümayəndələrinin AMB-də qəbul ediləcəyini bildiriblər.
Əmanətçilər bildirir ki, hətta sığortalı əmanətə görə pullarını ala bilmirlər: «Bizim əmanətlər sığortalı idi, sığorta haqları da ADİF-ə vaxtında ödənilmişdi».
Vətəndaşlar əmanətlərinin tezliklə qaytarılmasını istəyirlər: «Biz başqa bankların nümaynədələri kimi 3 il gözləyə bilmərik, özümüzün də banklara kreditimiz var».
Vətəndaşlar hətta vəsaitlərinin sığortalı olmasına rəğmən, geri qaytarılmadığını deyilər. ««Bilirəm, hökumətdə insaflı adamlar da var. Onlara üz tuturam, bizə, bu camaata kömək edin. Koronavirus da başlayıb. Bank üç aydır bağlanıb, halal pulumuzu ala bilmirik. İş yox, güc yox, ac susuz oturmuşuq, nə etməliyik? Prezidentimizə, İlham Əliyev və Mehriban Əliyevaya çatdırın bu vəziyyəti» – deyə «NBC Bankın» xanım əmanətçisi bildirib. Xanım bildirib ki, əmanəti çox deyil: «3 min manat, amma onu da qaytarmırlar».
Digər bir xanım əmanətçi vəsaitinə blok qoyulduğunu bildirir: «Əmanətin sığortalı ola-ola bloka salıblar». Digər xanım isə əmanətinin müqaviləsinin bitdiyi üçün pulu götürmək üçün banka aprel ayının 20-də yaxınlaşdığını deyir. Lakin, bankdan ona bildiriblər ki, «xəzinədə pul yoxdur, məcbur olduq əmanətin vaxtını uzatdıq, indi də düşdü blokam».
Bank müştərisi deyir ki, əgər orada ADIF-in tam sığortalan müqavilə üzrə möhürü olsa belə onlara vəsaitləri qaytarmırlar: «Bizim illik 10%-də qoyulan əmanəti indi deyirlər sığortasızdı. Bizə indi deyirlər gözləyin. Nə qədər gözləyək? Biz belə müqavilə imzalamamışdıq axı. Mən dövlətə inanıb pulumu qoymuşam. İndi üstümüzə polis göndərirlər, eşidən və dinləyən yoxdur».
Müştərilər bildirir ki, banklara əmanət qadağası qoyulması barədə məlumatları olmayıb: «Mən bilsəydim ki qadağa var, ora pul yatırardımmı? Mən hardan bilim ki, qadağa var, mən ekstrasensəm? 30 mindən artıq pul qoymuşduq, ona görə də bizim müqaviləni ayın 16-dan sonra verməliydilər, ala bilmədik, başqa əmanətim də vardı, amma bu birinə görə, onu da vermirlər».
Əmanətçi bildirib ki, «NBS bank» evinə yaxın olduğuna görə, pulunu da ora yatırıb, həmişə qarşısından keçirdik, normal işləyirdi, əmanət faizlərimizi də vaxtında verirdi».
Müştərilər bildirir ki, belə hərəkətlər vətəndaşların digər banklara olan inamını da azaldır. «Fondun üzvü olan banka yatırılan əmanət qaytarılmırsa, buna nə ad vermək olar?».
Polislər deyib ki, etirazçılardan bir neçə nəfəri rəhbərliklə görüşə buraxılacaq, eyni zamanda hədələyiblər ki, qalan şəxslər dağılışmasalar onların küçəyə hansı icazə ilə çıxacaqlarını yoxlayacaqlar.