Lisenziyaları ləğv edilmiş 4 bankın əmanətçilərinin şikayətləri bitmir.
Eləcə də bax: Qanunsuz əmanət qəbul edən - BANKİRLƏRİ NƏ GÖZLƏYİR? - AÇIQLAMA
"Ata Bank"ın və "AG Bank"ın əmanətçisi İlqar Fərmanov FED.az-a yazdığı məktubda bildirib ki:
“Mən "Ata bank"ın və "AG bank"ın əmanətçisiyəm. "Ata bank" üzrə 30 mindən yuxarı məbləğlər 1 iyul tarixindən ödənilməli idi. Lakin 30 mindən yuxarı bütün əmanətlərə "BLOK" qoyulub. Mənim əmanətimin heç bir problemi yoxdur. Nə miqrasiya olub, nə kredit var nə də ki və s. Lakin əmanətim mənə qaytarılmır. Rəsmi açıqlama yoxdur. Sozdə "araşdırma" gedir cavabını verirlər. ADİF-də mənim kimi əmanətçi minlərlədir.
"AG bank"da isə bankin 2017 ci ildən əmanət götürə bilməməsini səbəb gətirərək onu da "BLOK"a qoyublar. Əmanətləri qaytarmamaq üçün hər vasitəyə əl atılır, bununla da bank sektoruna inamsızlıq yaranır. Artıq 1 ildir ki ata bankdan pullarımı geri ala bilmirdim. Lisenziya geri alınanda sevindim ki, nəhayət ADİF və Mərkəzi Bank vəsaitlərimi qaytaracaq. Lakin böyük çətinliklər bundan sonra başlandı. Qeyd eləmək istərdim ki, bütün əmanətlərim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun siğortalıdır”.
«Atabank»ın digər əmanətçisi Ayaz Nəsibov isə FED.az-a yazır:
«8 aydır «Atabank»dan pulumuzu ala bilmirdik, indi də pulumuzu min bir bəhanə ilə qaytarmaq istəmirlər Səbəb isə deyilir ki, əmanətiniz bölünüb. (Əmanətin bölünməsi, yəni 30 mindən artıq olan əmanəti iki yerə bölmək ki, daha tez alınsın). Bölmək də Mərkəzi Bankın tövsiyəsi ilə olub. Burada qanuna zidd heç nə yoxdur. Sığorta 30 min manat olacaqdı deyə, biz əmanətimizi, qanun çərçivəsində və günümaüzün faiz dərəcəsinə uyğun şəkildə bölmüşük. İndi isə bizim pulumuzu vermirlər. İyunun –də ADİF-də bizimlə görüş keçirildi. Görüşdə söz verildi ki, iyulun 1-də bölgü məsələsi (yəni əmanətin bölünməsinə görə yaranan problem) həll olunacaq. Amma bu baş verməyib. Xatırladım ki, əmanəti bizim kmii bloka düşənlər 24 min nəfərdir.